“Rusiya ilə Türkiyə bir-birilərinin gücünü nəzərə alaraq, uzlaşmağa çalışacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Əərdoğanın Moskvaya növbəti səfəri çərçivəsində Rusiyalı həmkarı Vladimir Putinlər danışıqlarının predmeti və mümkün nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin görüşündə bu ölkələrin Suriyadakı proseslərdə iştirakının perspektivi diqqət mərkəzində olacaq:
“Aydın məsələdir ki, Rusiya özlüyündə Suriya hökümətinə bir köynək daha yaxındır. Suriyadakı proseslərdə bu məqam özünü hər addımda göstərməkdədir.
Tərəflər arasında Suriyada ortaya çıxan anlaşılmazlığa gəldikdə isə deyə bilərik ki, Rusiya ilə Türkiyə bir-birilərinin gücünü nəzərə alaraq, uzlaşmağa çalışacaq. Ona görə də, düşünmürəm ki, iki ölkə arasında ziddiyət dərinləşsin.
Qarşılıqlı münasibətlərdə elə bir vəziyyət yaranıb ki, Rusiya və Türkiyə həm rəqibdi, həm də müttəfiq. Hər iki lider, yəni, həm Ərdoğan, həm də Putin yaranmış isti münasibətlərin pozulmamasına çalışacaq.
Məlum təyyarə vurulmasından sonra, iki ölkə arasındakı gərginliyin sürətlə aradan qaldırılması da bunu göstərir ki, Rusiya və Türkiyə yaxşı münasibətlər saxlamağın faydasının çox gözəl anlayırlar”.
Firuz Asanov
www.yenicag.az