Novorossiysk kəməri problemə çevrilə bilər?

media-hightechnic-468x90

TransCaspianPipelines

Qabil Hüseynli: “Novorossiysk limanından neft nəqlinin azalması…”

Samir Əliyev: ” Rusiyaya qaz ixracı da yoxdur “

Natiq Miri: “Ukrayna fiaskosundan sonra Cənubi Qafqaz uğrunda Qərb-Rusiya arasında başlanan “savaş” fonunda…”

 SOCAR 10 ay ərzində Novorossiysk limanından neft nəqlini 43% azaldıb. Görəsən, belə vəziyyət Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə gətirib çıxarmayacaq ki?

siaphoto_440856Yenicag.az saytına açıqlamasında politoloq Qabil Hüseynli baş verən hadisənin Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirməyəcəyini bildirdi: “Zənnimcə, Novorossiysk limanından neft nəqlinin azalması heç də Rusiyaya olan münasibətdən irəli gəlmir. Bu hadisə, sadəcə Bakı-Ceyhan neft kəmərinin lazımi qədər doldurulması ilə bağlıdır. Azərbaycanın Bakı-Ceyhan kəmərilə  neft daşımaları daha ucuz başa gəlir. Bu kəmər üzrə öhdəliklər də böyükdür.  Son bir neçə ayda neft hasilatı da azalıb. Bu səbəbdən Novorossiyski kəmərilə neft daşınmasına üstünlük verilmir. Düzdür, Rusiya ilə münasibətlərdə müəyyən soyuqlaşma olsa da, Novorossiysk kəmərinə diqqətin azalmasını Moskva tərəfindən mənfi jest kimi dəyərləndirmək olmaz. Çünki, Azərbaycanın Bakı-Ceyhan kəmərinin tam gücü ilə işləməsinə böyük ehtiyacı var”.

1samir_aliyev_v2İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bu məsələdə optimist olduğunu açıqladı: “Hesab etmirəm ki, Bakı-Novorossiysk kəmərilə neft nəqlinin azalması Rusiya ilə Azərbaycan arasında münasibətləri gərginləşdirsin. Hətta Rusiyaya qaz ixracı da yoxdur. Rövnəq Abdullayev isə qeyd edib ki, bu bərpa olunacaq. Azərbaycan nefti Rusiya nefti müqayisədə keyfiyyətli olması ilə seçilir. Belədə, keyfiyyətli neftimiz, Rusiyanın keyfiyyətsiz neftilə qatışdırılıb, bazarda ucuz qiymətə başa gəlir. Bu da bizə sərf etmir. Ona görə də, Bakı-Novorossiysk kəməri vasitəsilə neft nəqlinin azaldılmasını müsbət dəyərləndirirəm. Həm də hesab edirəm ki, bu daha çox razılaşdırılmış məsələdir. Bu səbəbdən məsələyə münasibətlərin korlana biləcəyi kontekstindən yanaşmazdım”.

natiq-miriPolitoloq Natiq Miri hesab edir ki, “Azərbaycandan Novorossiysk limanına axan neftin miqdarı Rusiyanı narahat edəcək qədər deyil. Ona görə də məsələyə regionda mövcud olan geosiyasi gərginlik və Ukrayna fiaskosundan sonra Cənubi Qafqaz uğrunda Qərb-Rusiya arasında başlanan “savaş” fonunda baxanda bunun münasibətlərə mənfi təsir edəcəyini demək olmaz. Bu sıraya dünyada neftin qiymətinin düşməsini, Rusiya üçün getdikcə bazar məhdudiyyətlərinin yaradılmasını da daxil etsək münasibətlərə xələl gələcəyini düşünmək olmur. Eyni zamanda bu gün Rusiya Azərbaycanı öz orbitinə çəkmək üçün hələlik cəlbedici, kökə üsüllarından istifadə edir. Ona görə də yaxın zaman çərçivəsində bu münasibətlərə xələl gələcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, bunu Azərbaycan da istəmir. Və son günlərdə Rosneftin prezidenti Seçinin Azərbaycana səfəri də göstərdi ki, Rusiyanın enerjidaşıyıcılar yonündə Azərbaycanla birgə daha strateji planın həyata keçirilməsi üçün ciddi fəaliyyətə keçib”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600