Noyer qolu qeyd edərkən zədələndi

media-hightechnic-468x90

Almaniyanın “Bavariya” komandasının qapıçısı Manuel Noyer zədələnib.

Yenicag.az xəbər verir ki, təcrübəli qolkiper Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayer”lə (Leverkuzen) ilk oyunda rəqib qapısına vurulan qolu qeyd edərkən sağ ayağının baldır nahiyəsindən xəsarət alıb. Əzələsi dartılan 38 yaşlı qapıçı yerini 58-ci dəqiqədə Yonas Urbiqə verib.

Tibbi müayinədən sonra Manuel Noyerin təqribən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

Qeyd edək ki, “Bavariya” – “Bayer” matçı Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa