Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilib.
Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, N.Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.