Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Nüvə portfeli” Trampın əlindən alınır: Demokratların revanş həmləsi

ABŞ Demokratlar partiyası ölkə prezidentinin “Nüvə silahı ilə ilk hücum etmək” səlahiyyətindən məhrum etmək üçün hərəkətə keçib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Demokrat partiyasının bununla bağlı başladığı petisiyanı artıq yarım milyon vətəndaş dəstəkləyib.

Düşmən tərəfin ABŞ-a qarşı nüvə silahı tətbiq etmədən Ağ Ev sahibinin şəxsi qərarı əsasında nüvə hücumuna başlamaq səlahiyyətinın alınmasına dəstək verənlər Trampın Şimali Koreyaya nüvə bombası ata biləcəyindən ehtiyatlanırlar.

Demokrat partiyasından iki senatorun hazırladığı qanun layihəsi ilkin mərhələdə artıq yarım milyon vətəndaşın dəstəyini qazanıb. Qanun layihəsinə görə, xaricdən hücum başlamadan, Konqresin konkret bir ölkəyə müharibə elan etməsinə qədər ABŞ prezidentinin nüvə silahından istifadəsi qadağan olunacaq.

Qanun layihəsinə əsasən, əgər hansısa ölkə ilk hücum edərsə, ABŞ prezidenti nüvə silahından ilk istifadə hüququnu özündə saxlayacaq.

Sözügedən layihənin müəllifləri olan Ted Lieu və Ed Marki bu təşəbbüslərini belə əsaslandırıblar:

“Prezidentin ABŞ-a, hərbi qüvvələrimizə, yaxud da müttəfiqlərimizə qarşı həyata keçiriləcək nüvə hücumuna cavab verməsi üçün səlahiyyətinin olması vacibdir. Lakin heç bir prezidentə Konqresin qərarı olmadan nüvə silahı ilə ilk hücum etmək səlahiyyəti verilməməlidir”.

Yeniçağ.Az

www.yenicag.az

386