“Çukur” serialının bu axşam yayımlanacaq bölümündə növbəti ayrılıq yaşanıb.
Yenicag.az xəbər verir ki, “Celasun” obrazına həyat verən aktyor Kubilay Aka ölərək ekran işinə vida edib.
Qeyd edək ki, yayda final edəcək olan serialın baş rolunu Aras Bulut İynəmli canlandırır.
Xatırladaq ki, Kubilay Akanın yeni serialı “Show” telekanalında yayımlanması planlaşdırılan “Camtavanlar” olacaq. O, ekran işində aktrisa Bensu Soralla tərəf müqabili olacaq.
www.yenicag.az