“O, kifayət qədər zəngin insandı və rüşvət almayacaq”

media-hightechnic-468x90

dieqomaradonaArgentina yığmasının keçmiş hücumçusu Dieqo Maradona FİFA prezidenti postuna namizədliyini irəli sürəcək.

Bu barədə uruqvaylı jurnalist Viktor Morales məlumat verib:

“Bəli, bu düzdür – Maradona FİFA prezidenti olmaq istəyir. Dieqo Blatterin korrupsiya məsələsi ətrafındakı vəziyyəti diqqətlə öyrənir. Maradona heç bir pula satılmayacağı üçün öz namizədliyini irəli sürəcək. O, kifayət qədər zəngin insandı və rüşvət almayacaq. Mən bilirəm ki, əvvəllər oynamış bir çox futbolçular Maradonanın gəlişinə ancaq şad olacaqlar.

Bu strukturu içərisindən dəyişmək lazımdı və Maradona bunu necə etmək lazım olduğunu bilir. Əlbəttə, Maradona qayıdışı ilə bağlı hələ rəsmi müraciət etməyib. Lakin, hesab edirəm ki, burada heç bir sürpriz baş verməyəcək. Maradona Argentinada xüsusilə futbol sahəsindəki rüşvətin bütün yollarını bilir. Düşünürəm ki, bu işdə ondan daha yaxın adam yoxdur. Axı Maradonanın dövlət strukturlarında çox sayda dostu var”.

Xatırladaq ki, FİFA tarixində ən böyük qalmaqal mayın 27-də Sürixdə şirkətin yeddi nəfər yüksək rütbəli məmurunun rüşvətə görə tutulması zamanı baş verib. Baş verən hadisələrin fonunda Blatter növbəti dəfə prezident seçilməsinə baxmayaraq, istefa verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600