Obama birinci, Ərdoğan dördüncüdür

media-hightechnic-468x90

img1352902172 dövlət lideri və 4100-dən çox səfirlik və diplomat da “Twitter” sosial şəbəkəsindən geniş istifadə edir.

Yenicag.az avropa.info-ya istinadən  xəbər verir ki, “Twitter”-in quruluşunun 9-cu ilində sayt dünya liderləri tərəfindən qəbul olunaraq geniş istifadə olunmağa başlandı.

Cəmiyyətlə əlaqələr üzrə ixtisaslaşan Burson-Marsteller şirkəti tərəfindən açıqlanan bir hesabata görə BMT-nin üzvlərinin 86 %-i “Twitter”-dən istifadə edir.

Hesabatda bundan başqa 172 dövlət başçısı və 4100-dən çox səfirlik və diplomatın da “Twitter”-də olduğu bildirilir.

Hesabata görə ilk seçkisində “Twitter”-in faydasını görən ABŞ prezidenti Barak Obama hələ də dünyanın ən çox izlənilən lideri olaraq qalır. Siyahının ikinci sırasında papa Fransisk, üçüncü sırasında isə Hindistanın baş naziri Narendra Modi yer tutub.

“Twitter”-də ən çox izlənilənlər sırasında dördüncü yeri isə 6 milyon 300 minə yaxın izləyici ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərarlaşıb.

Amma buna baxmayaraq bütün dünya liderləri “Twitter”-də yoxdur. Məsələn Çinin dövlət başçısı Si Tsziniping və Şimali Koreya prezidenti Kim Çen In “Twitter”-dən istifadə etməkdən imtina edirlər. Bundan başqa

Almaniya kansleri Angela Merkel də şəbəkədə yoxdur. Çin isə “Twitter”-də olmayan yeganə G-20 ölkəsidir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600