Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Obama-Putin görüşü regionda gərginliyi azalda biləcəkmi? – Şərh

Reklam: Sinerji Pro

140316-obama-putin-jms-1716_8738df87611b8c672fae8d824b332866

Qulu Məhərrəmli: “Bu dialoq da sabah Suriyada, Ukraynada müharibənin dayanacağına təminat vermir”

 Qabil Hüseynli: “Danışıq, dialoq yolu ilə Rusiyaya təsir etmək mümkün deyil”

 Uzun fasilədən sonar Çinin paytaxtı Pekində keçirilən tədbirdə ABŞ prezidenti özünün Rusiyalı  həmkarı Vladimir Putinlə görüşdü.  Bu hal onlar arasında təmaslar bərpa olunması kimi yozulur. Hər halda, son zamanlar dünyada cərəyan edən hadisələr fonunda Rusiya ilə ABŞ rəhbərlərinin bir araya gəlmələri özündə müsbət hadisə sayıla bilər. Görəsən bu təmas regionda baş verən hadisələrə necə təsir edəcək?

8373BD66-6CC4-4829-A28E-C779B0662B59_mw1024_s_nYenicag.az saytına açıqlamasında siyasi şərhçi Qulu Məhərrəmli belə təmasların mühüm əhəmiyyətli olduğunu söyləsə də, onun regionda baş verən hadisələrə müsbət  təsirinin olacağına hələlik təminat vermək də olmaz: “Böyük dövlər başçıları arasında şəxsi kontakt və əlaqələrin olması çox vacibdir. Hazırda Ukrayna və Yaxın Şərqdə vəziyyət ağırdır. Burada iki dövlətin maraqları toqquşur. Bu fonda Amerika və Rusiya kimi dövlət rəhbərlərinin müəyyən məsələləri operativ müzakirə etmələrinin böyük önəmi var. Onblar arasında olan bir telefon zəngi yüzlərlə insanın taleyini həll edir. qabil_huseynli_004-0025-0030qO baxımdan, Obama ilə Putin arasında əlaqələrin olmasını çox vacib hesab edirəm. İndi Rusiya 20 il bundan öncəki mövqelərini bərpa etməyə çalışır. Bunun üçün iddiaları var, imkanları isə yoxdur. Ruysiya hazırda yaralanmış şir vəziyyətindədir.  Bununla yanaşı, danışığa meyllənirsə, bunun özünü müsbət hadisə hesab etmək olar. Amma bu təmaslar hələ son zamanlar baş qaldırıan dünya problemlərinin həlli demək deyil. Burada ilyuzalara  qapılmaq olmaz. Sadəcə olaraq, Obama ilə Putin arasında dialoqun olması vacibdir. Lakin bu dialoq da təminat vermir ki, sabah Suriyada, Ukraynada müharibə dayanacaq”.

Politoloq Qabil Hüseynli isə bildirdi ki, bu təmasların regionda gərginliyin azaldılmasına hansısa bir təsirinin olacağını görmür : “Obama ilə Putinin təmasları əslində bir-birini aldatmaqdan başqa bir şey deyil. Danışıq, dialoq yolu ilə Rusiyaya təsir etmək mümkün deyil.  Putin yalnız müəyyən təzyiq gördikdən sonar nəsə edir. Ona görə Pekin sammitindəki görüş yalnız “xala xətrin qalmaması” xatirinə aparılan danışıqlardır”.

Rüfət

Loading...

www.yenicag.az

522