Obama və Ərdoğan telefonla danışdılar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorka səfərinin son günündə Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə telefonla danışıb. Telefon danışığı Ərdoğanın qaldığı oteldə ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşündən əvvəl baş tutub.
Telefon danışığı zamanı iki prezident İŞİD də daxil olmaqla, regiondakı terror təşkilatları ilə mübarizə və Suriya məsələsi kimi mövzular ətrafında müzakirələr aparılıb və Türkiyə ilə Birləşmiş Ştatların ortaq bir strategiya ilə əməkdaşlığa davam edəcəyi vurğulanıb.
Ərdoğan və Obamanın önümüzdəki günlərdə də yaxın təmasda olmanın vacibliyinə dair həmfikir olduğu bildirilib.