Obamanın “İŞİD”lə bağlı çıxışında kürdlərlə bağlı şok ayrıntı

media-hightechnic-468x90

yenicag_obama_isis_isid_kurd_pydPentaqonda hər bazar ertəsi verilən brifinqdə çıxış edən Barak Obama, IŞİD-lə mübarizə mövzusunda ABŞ-a yönəldilən tənqidlərə cavab verib. O, ABŞ və koalisiyanın hava hücumları və yerli quru qoşunlarının səyləri ilə İraq və Suriyada IŞİD-in ciddi itkilərə uğradığını qeyd edib.

Həyata keçirilən 5 mindən çox hava basqında minlərlə mövqeni, tank, hərbi vasitələr və təlim düşərgələrini yox etdiklərini bildirən Obama, “Yüksək rütbəli İŞİD komandirləri də daxil olmaqla, minlərlə döyüşçü məhv edildi” dedi. ABŞ prezidentinin çıxışında “Son bir ildə sahədə güclü bir tərəfdaş olduğunda, IŞİD-in yerində oturdulduğunu gördük “dedikdən sonra Kobani və Tel Abyadı bu sözlərlə nümunə göstərdi:”İŞİD İraqda ələ keçirdiyi mərkəzlərindən dörddə birindən çoxunu itirdi. Daha sonra  Suriyada Kobanini itirdi. Qısa bir müddət əvvəl də Suriyada daha bir məğlubiyyətə uğrayaraq, kilid bir şəhər olan Tel Abyadı itirdi. Bu da IŞİD-i, onun Suriyadakı əməliyyat mərkəzi olan Rakka üçün çox mühüm tədarük yolundan məhrum buraxdı”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600