Çin alimləri tərəfindən hazırlanmış kağız odda yanmır və suda islanmır. Yeni materialın dünyada analoqu yoxdur.
“Şanxay jibao” nəşrinin məlumatına görə, unikal kağız Çin Elmlər Akademiyası yanında Şanxay Keramika İnstitutunun professoru Çju İnszenin rəhbərliyi altında çalışan alimlər qrupu tərəfindən icad edilib.
Yeniçağ.Az “ICTnews”-a istinadən yazır ki, alimlərin sözlərinə görə, bu qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm və ekstremal şəraitdə mexaniki zədələrə qarşı dayanıqlıdır və 200 selsi dərəcə temperaturun təsirinə dözmək qabiliyyətinə malikdir.
Kağızın strukturu elə hazırlanıb ki, mexaniki zədələndikdə belə suda islanmır. Kağızın üzərinə süd, qəhvə, şirə və ya çay töküldükdə heç bir iz qalmır.
Hazırda Çin alimləri öz ixtirasına patent almaq üçün sorğu göndəriblər. İstehsalçıların fikrincə, yeni material bir çox sahələrdə (vacib sənədlərin saxlanılmasından küçələrdəki reklam lövhələrinədək) tətbiq edilə bilər.
Yeniçağ.Az
www.yenicag.az