Ödənişlər asanlaşdırılır

media-hightechnic-468x90

azeriqaz esas 1Abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri asanlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyi qaz təchizatı sisteminin yenidən qurulması, istehlakçıların təbii qazla təchizatı istiqamətində işlər aparır.

İstehlakçılar üçün quraşdırılmış müasir tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi, ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilir.

Məlumat üçün bildirək ki, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17972 ədəd (Nəsimi rayonu – 3480, Yasamal rayonu – 2526, Xəzər rayonu – 1207, Sabunçu rayonu – 42, Səbail rayonu – 539, Binəqədi rayonu – 1475, Xətai rayonu – 3055, Nərimanov rayonu – 2677, Suraxanı rayonu – 241, Nizami rayonu – 1244, Qaradağ rayonu – 273, Abşeron rayonu – 1213) “Actaris” Gulf tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən “Kapital” bankın filiallarında olan terminallarda “TaleXus” proqramı vasitəsi ilə həyata keçirilir. Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması Gulf tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır. Bunun qarşısını almaq, eyni zamanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə Gulf tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır. Gulf tipli sayğaclara malik olan 17972 abonent də yaddan çıxarılmır. Belə ki, onların ödənişləri daha rahat aparmaları üçün “Actaris” Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Birliyin mütəxəssisləri yerindəcə xüsusi servis kartları vasitəsi ilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər. İşlər başa çatdırıldıqdan sonra “Actaris” Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız “Kapital” bank filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600