Oğuzda ayı 62 yaşlı kişiyə hücum etdi

media-hightechnic-468x90

Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb.

Yenicag.az “Report”a istinadən məlumatına görə, hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib.

Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazidə mal-qara otararkən ayı anidən heyvanlara hücum çəkib. Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa