Oğuzda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı

media-hightechnic-468x90

Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Hadisələr səbəbindən Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05