Oğuzda qəza: Yaralılar var - FOTO

media-hightechnic-468x90

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi 99-BG-907 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və daha bir qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600