“Oğuzla Tarix Çağı”nda Azərbaycan legionerlərinin gizli taleyi müzakirə olunub – VİDEO
Yenicag.az-ın təqdimatında yayımlanan “Oğuzla Tarix Çağı” verilişinin növbəti buraxılışı tarixin ən ziddiyyətli və az danışılan səhifələrindən birinə – İkinci Dünya Müharibəsi zamanı Almaniya tərəfindən döyüşən azərbaycanlılara həsr olunub.
Onilliklər keçsə də, müzakirəsi bitməyən bu mövzuda əsas suallara aydınlıq gətirilib: Legionerlər həqiqətən xain idilər, yoxsa taleyin amansız oyununa gəlmiş çarəsizlər? Onların mühacirət tariximizdəki rolu nədən ibarətdir?
Proqramın qonağı tarixçi-araşdırmaçı, kolleksiyaçı Dilqəm Əhməd legionerlərin məqsədləri, onların keçdiyi yol və arxivlərdə gizli qalan faktlarla bağlı maraqlı məqamları bölüşüb.
Həmin videomüsahibəni təqdim edirik:













