Ohanyan “Lələtəpə” əməliyyatında özünü ayağından vurub

media-hightechnic-468x90

“Lələtəpə” işi üzrə təqsirləndirilən şəxslər “günah keçisidir”. 

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanda “Lələtəpə” işi üzrə müttəhim, motoatıcı batalyon komandiri Qeqam Abramyanın müdafiəçisi Mher Akopyan açıqlayıb.

Qeyd olunub ki, 44 günlük müharibə zamanı bu əməliyyatı ilk elan edən Nikol Paşinyan özü olub.

“Lələtəpə” əməliyyatı ilə bağlı cinayət işi İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Jora Çiçoyanın icraatındadır.

Prokurorluğun hesabatına görə, Artur Ohanyan 2020-ci il oktyabrın 6-da Müdafiə Ordusu komandanlığından Lalə-İlahi dağı istiqamətində hücuma keçmək və alınmış ərazinin geri qaytarılması barədə əmr alıb. O, həmin gün həyata keçirdiyi hazırlıq işlərini başa çatdırıb və oktyabrın 7-də əks-hücum zamanı hərbi xidmət keçmə qaydasını müəyyən edən normativ hüquqi aktların tələblərinə əməl etməyib:

“O, döyüş əməliyyatlarının aparılması qaydasının düzgün yerinə yetirilməməsi və zəif rəhbərlik, tabeliyində olan bölmələr arasında əməkdaşlığın təmin edilməməsi və asayişin pozulması, düşmənlə qarşılaşarkən və döyüşə girərkən qüvvə və vasitələrin qeyri-müntəzəm bölgüsü, eləcə də növbəti hərəkətlərin həcminin əvvəlcədən planlaşdırılmaması səbəbindən onun tabeliyində fəaliyyət göstərən birləşmələr əmrdə göstərilən yola salınma rayonuna çatıb və verilən döyüş tapşırığını yerinə yetirmədən misilsiz az sayda hərbi texnika və şəxsi heyət itkisi veriblər”.

Motoatıcı batalyon komandiri Qeqam Abramyan və tank batalyonunun komandiri Qarnik Mnatsakanyan ayrı-ayrı hərbi vəzifələri yerinə yetirməkdən imtina etməkdə ittiham olunurlar.

Lakin müdafiə tərəfi iddia edir ki, müttəhimlər “günah keçisi” ediliblər: ““Lələtəpə” əməliyyatına rəhbərlik etmiş Cəlal Arutyunyanın cinayət təqibi ibtidai istintaq orqanı tərəfindən bəraət hökmü əsasında dayandırılıb, Samvel Babayanın isə yalnız şahid statusu var. İşdə iştirak edən müdafiəçi Mher Akopyan bildirib ki, müvəkkilini əmri yerinə yetirməkdən imtina etməkdə ittiham edirlər, bu, gülüncdür, çünki oktyabrın 7-də əmrin yerinə yetirilməməsindən sonra, yaralanan Artur Ohanyan istisna olmaqla, eyni şəxslərin iştirak etdiyi əməliyyat oktyabrın 8-də də davam etdirilib.

Oktyabrın 8-də eyni əməliyyatı təkrarlayanda bütün ordunu götürüb azərbaycanlıların PUA və artilleriya ilə ordumuznun böyük hissəsini məhv etdiyi yerə yığdılar. Oktyabrın 8-də bütün qurbanlar toplaşdıqları yerdə olublar. Bundan sonra, oktyabrın 9-da Cəlal Arutyunyan prokuror müavininə hərbi hissənin əmri yerinə yetirmədiyi barədə məxfi cinayət aktı təqdim edib. 44 günlük müharibə zamanı bütün uğursuz əməliyyatlardan sonra Cəlal Arutyunyan yaralanmamışdan əvvəl cinayət hesabatlarını hər kəsə təqdim edib. Zabitlər Cəlal Arutyunyanın hesabatları əsasında mühakimə olunur”.

İfadəyə əsasən, Cəlal Arutyunyan bildirib ki, Seyran Ohanyanın oğlu Artur Ohanyan əməliyyatda iştirak etməmək üçün özünü ayağından vurub: “Vəzifələri bizim əsgərlərimizin guya döyüşmədiyini göstərməkdir. Onlar özlərini Makedoniyalı İsgəndər kimi göstərirdilər, Guya Bakını fəth etməyə gedirdilər, lakin ermənilər döyüşmürdülər. Cəlal Arutyunyan 44 günlük müharibə ilə bağlı bütün uğursuz əməliyyatlardan sonra hesabatları təqdim edib. Ermənistan ordusunu gözdən salmaq üçün kampaniya aparılır”. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600