Ölənlərin sayı artır – Fotolar
Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 10-a çatıb. Qəzada yaralıların sayı isə 120 nəfərdir.
Moskvanın “Slavyanskıy bulvar” metrostansiyasında qəza zamanı ölənlərin sayı 4-ə çatıb. Qəzada yaralıların sayı isə 95 olub.
Yaralıların içərisində vəziyyətləri son dərəcə ağır olanlar var. Onların 55-i xəstəxanalara təcili yardımın köməkliyi ilə aparıb.
Daha 40 nəfərə isə Moskva Metropoliteninin əməkdaşları yardım ediblər və onları xəstəxanalara aparıblar.
Moskva metrosunda baş vermiş qəza ilə bağlı yeni xəbər yqayılıb. Verilən məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb.
Qəza ilə bağlı yaradılan operativ qərargahdan bildirilən məlumata görə, hadisə nəticəsində 30 nəfər yaralanıb, onlardan 10-u xəstəxanaya çatdırılıb. Səhiyyə Departamentinin rəhbəri Georgi Qoluxov isə bildirib ki, hadisə nəticəsində 80 nəfər xəsarət alıb.