!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Olimpiadanın taleyi bu tarixdə MÜƏYYƏNLƏŞƏCƏK

!Reklam – Yazi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası fonunda Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ətrafındakı vəziyyəti martın 31-də müzakirə edəcək.

Yenicag.az “Report”a isitnadən xəbər verir ki, telefonla aparılacaq növbədənkənar iclasda IOC prezidenti Tomas Bax, Yaponiyanın baş naziri Sindzo Abe, Tokio qubernatoru Yuriko Koike və Tokio-2020 Təşkilat Komitəsinin sədri Yosiro Mori iştirak edəcək.

Martın 22-də IOC Oyunlarla bağlı qərarı 4 həftə ərzində qəbul edəcəyini açıqlayıb. Lakin tərəflərin bu müddəti gözləməyəcəkləri bildirilir. Abe adi formatda keçirməyin mümkünsüzlüyü təqdirində, olimpiadanın təxirə salınma variantının olduğunu sözləyib. O, hazırkı şərtlərin yarış keçirməyə uyğun gəlmədiyini də əlavə edib.

Qeyd edək ki, Tokio-2020 24 iyul – 9 avqusta planlaşdırılıb. ABŞ, Kanada və Norveç Milli Olimpiya komitələri olimpiadanın təxirə salınması təklifi ilə çıxış ediblər.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv