Olimpiakos və Neftçi azlıqda qaldı - YENİLƏNDİ 

media-hightechnic-468x90

Yunanıstanda “Olimpiakos” və “Neftçi” arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qonaqlar da azlıqda qalıb.

Yenicag.az xəbər verir ki, 63-cü dəqiqədə “ağ-qaralar”ın müdafiəçisi Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Nəticədə meydanda hər iki komandanın say nisbəti bərabərləşib və tərəflər 10 nəfərlə qalıblar.

***

23:49

Yunanıstan “Olimpiakos”u ilə “Neftçi” arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Yenicag.az xəbər verir ki, qarşılaşma “Georgios Karaiskakis” stadionunda keçirilir. Oyunu portuqaliyalı referi Joau Pinyeyru idarə edir.

****

“Neftçi” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

29-cu dəqiqədə Məhəmməd Kamaranın cərimə meydançası çölündən vurduğu zərbə Aqil Məmmədovun qoruduğu qapıya daxil olub.

“Olimpiakos” bu qol sayəsində önə çıxıb – 1:0. (report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600