Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Olimpiya çempionu: "Onlara güvənirik"

Reklam: High Technic

Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Fərid Mansurov IV İslam Həmrəylik Oyunlarında çıxış edəcək yığma komandalarımızın durumunu dəyərləndirib. O, Yeniçağ.az-a danışarkən hazırlıqların yaxşı getdiyini, idmanımızın günü-gündən daha da inkişaf etdiyini dilə gətirib.

F. Mansurov daha çox medal gözlədiyi komandalarımızın adını da çəkib:

“İnanıram ki, İslamiadada Azərbaycan millisi yaxşı çıxış edəcək. Təbii ki, bizim əsas dayaq idman növlərinə ümidlərimiz daha çoxdur.

Belə ki, güləş, taekvondo, boks, karate, cüdo kimi təkmübarizəlilərdə daha fəal olacağımızı düşünürəm. Ancaq komanda idman növlərinə də ümidlərimiz var. Etiraf edək ki, son vaxtlar basketbolda, voleybolda irəliləyişlər var. Eləcə də həndbol komandamız bizi sevindirə bilər. Buna görə də bütün komandalarımızdan, idmançılarımızdan medallar gözləyirik və onlara güvənirik”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

455