Reklam: High Technic
hightechnic

Oliqarx deputatdan ŞOK ADDIM – 600 minlik maşını…

vitt-performance-mercedes-benz-cls-1Son zamanlar deputat Fərhad Qəribovla bağlı maraqlı məlumatlar yayılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə, oliqarx deputat bir müddət öncə 600 min dollara aldığı avtomobili cəmi bir-iki ay istifadə edəndən sonra avtosalona satışa qoydurub. Təəccüblüsü odur ki, F.Qəribov göstərilən qiymətə aldığı avtomobilin 180 min dollara satılmasına göstəriş verib.

İş adamının verdiyi digər məlumata görə, deputat maşınını satışa qoyduqdan sonra qiyməti 100 min dollar civarında olan yeni avtomobil sifariş verib. Bu məlumatı verən mənbəmiz hörmətli deputatın birdən birə meqabahalı maşından onun ranqına uyğun olmayan qiymətə maşına düşməsini “variant” olaraq izah etdi. Bildirildiyinə görə, ölkənin ən önəmli biznesmenlərindən olan deputat bununla müflisləşdiyi imici yaratmaq istəyir. Bu ilin ilk yarısında xeyli “tərləyən” deputatın gedən milyonları geri qaytara bilməyəcəyini bildiyindən əlində olan sərvəti qorumağa çalışdığı vurğulanır. Artıq kübar məclislərə də qatılmadığı iddia olunan deputatın diqqət çəkmədən biznesini ölkə xaricinə daşımaq istədiyi də yayılan xəbərlər arasındadır.

Məsələyə F.Qəribovun münasibətini də öyrənmək istərdik. Ancaq redaksiyamızın əldə etdiyi heç bir telefon nömrəsi işləmədi.

Azerinfo.org

www.yenicag.az

170