!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkə prezidenti adından e-mail açaraq insanları aldadan şəxslər məhkəməlik oldular

!Reklam – Yazi

Fransada ölkə prezidenti Emmanuel Makronun adından e-mail açaraq təbliğat xarakterli yazılar paylaşan iki nəfərin mühakimə olunması barədə qərar çıxarılıb.

Yenicag.az xəbər verir ki, onların bu əməlinin üstü ötən il Fransadakı prezidenti seçkiləri zamanı açılıb. Makron isə həmin şəxsləri məhkəməyə verib.

32 və 38 yaşları olan həmin şəxlərə qarşı “kimlik oğurluğu” və “başqalarının şəxsi məlumatlarını oğurlama” maddələri ilə cinayət işi açılıb. Məhkəmə onlarla bağlı martin 14-də qərarını açıqlayacaq.

Qeyd edək ki, həmin e-maillər vasitəsilə insanlara “mənə səs verməməyiniz üçün 10 səbəb” başlığı ilə Makrona qarşı antitəbliğat aparılıb.

COP29

www.yenicag.az

1665
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv