Ölkədə kommunal xərclər artacaq?

media-hightechnic-468x90

1c2fa2ec70ce0ee821e2d32fc24937e2 (1)“Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi ilə bağlı gələn il ölkədə kommunal xidmətlərin qiymətlərinin artırılması nəzərdə tutulmur”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Vahid Əhmədov bildirib.

O qeyd edib ki, büdcə zərfi ilə tanış olub və rəqəmlərdə bununla bağlı heç nə görünmür: “Amma indi dünya bazarında neftin qiymətinin aşağı düşməsi gələn il üçün müəyyən problemlər yarada bilər. Lakin bizdə bu problem yaranmamalıdır, çünki Azərbaycanda ehtiyyat var və bu ehtiyyatdan istifadə etmək olar. Gedən analizlər də onu göstərir ki, Azərbaycanda kommunal xərclərin artırılmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsi artıq Milli Məclisə daxil olub və noyabrın 4-dən etibarən müzakirəyə çıxarılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600