Ölkədə vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 739 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 711 960 təşkil edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa