!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkəmizin neft idxalının üçdə biri Azərbaycanın payına düşür” – Çexiyanın səfiri

!Reklam – Yazi

“2018-ci ildə Çexoslovakiya Respublikası və Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Çexiya Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka bu gün keçirtdiyi mətbuat konfransında səsləndirib.

Çexiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsini məmnunluqla vurğulayan səfir Pivonka növbəti 2018-ci ilin bir sıra aspektlərdən hər iki ölkə üçün əlamətdar hadisələrlə zəngin olduğunu deyib.

Pivonka bu sırada ilk olaraq, 1918-ci ildə yaradılan Çexoslovakiya Respublikası ilə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağını, bu çərçivədə müəyyən tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Diplomat gələn il həmçinin, SSRİ başda olmaqla, Varşava Müqaviləsi ölkələrinin Çexoslovakiyaya hərbi müdaxiləsinin 50 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb.

Pivonka 2018-ci ildə Çexiya üçün əsas siyasi hadisənin yanvarda keçiriləcək prezident seçkiləri olduğunu vurğulayıb. Diplomat hazırda iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atıldığını söyləyib.
Tədbirdə çıxış edən Çexiya səfirliyinin ticarət nümayəndəsi Yan Yindrix isə ikitərəfli ticari-iqtisadi əlaqələrin mövcud vəziyyəti haqqında ətraflı məlumat verib.

Yindrix bu əlaqələrin sürətlə genişləndiyini bildirərək, son 1 ildə qarşılıqlı ticarət dövriyyəsinin 100 faiz artdığını deyib. Onun sözlərinə görə, Çexiyanın neft idxalının üçdə biri Azərbaycanın payına düşür. Başqa sözlə, Çexiya hər il Azərbaycandan 1 – 1,5 milyard dollar dəyərində neft idxal edir.

Ticarət nümayəndəsi əlavə edib ki, Çexiya bankları və şirkətlərinin Azərbaycana investisiya qoyuluşunda da irəliləyiş müşahidə olunmaqdadır. Yindrixin məlumatına əsasən, Çexiya şirkətləri son on ildə Azərbaycana 2 milyard dollar civarında sərmayə yatırıblar. O, bu çərçivədə çex şirkətlərinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təmirində iştiraklarını xüsusi qeyd edib.

Araz Zeynalov

www.yenicag.az

1674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv