“Ölkənin “dişlərinə qədər silahlanması” zəruridir” – Niderland KRALI

media-hightechnic-468x90

 

Niderland kralı Villem-Aleksandr hesab edir ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün “dişlərinə qədər silahlanması” zəruridir.

Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə o, Ukrayna hərbçilərinin təlim keçdiyi Limburq hərbi bazasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Kralın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bir daha sübut edib ki, sülh və təhlükəsizliyi artıq verilmiş bir reallıq kimi qəbul etmək olmaz.

“Yəqin ki, biz uzun illərdir sülh və təhlükəsizlik içində yaşamağı təbii hal kimi qəbul edirdik. Lakin Ukraynadakı vəziyyət və digər münaqişələr göstərir ki, artıq belə deyil. Biz sülh və təhlükəsizlik şəraitində yaşamağa davam etmək üçün həqiqətən də hazır olmalıyıq”, – deyə kral Villem-Aleksandr vurğulayıb.

O bildirib ki, Niderland mümkün təhlükəli ssenarilərə qarşı hazırlıqlı olmalı və silahlanmalıdır. Eyni zamanda, müdafiə sənayesi ölkənin ehtiyaclarını ödəyə biləcək həcmdə silah istehsal etməyə hazır olmalıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600