“Ötən illərdəki oktyabr ayı ilə müqayisədə bu ilin oktyabrının daha çox yağıntılı olması təkcə iqlim dəyişmələri ilə deyil, iqlimin çoxillik tərəddüdləri ilə də bağlıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ötənilki yağıntılarla builki yağıntıların müqayisəsi barədə danışan ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, Bakıda müşahidə olunan oktyabr ayı üçün orta aylıq yağıntı norması təxminən 30 millimetrdir.
“Bu da qısa müddətdə baş verdi. Əlbəttə ki, bu, iqlim baxımından normal hesab oluna bilər. Aylıq normanın hər hansı zaman kəsiyində düşməsi normal hadisədir. Amma bu yağış Bakıda və ətraf ərazilərdə normadan artıq, daha intensiv idi. Ümumiyyətlə, əvvəlki illərin oktyabr ayı ilə bu ilin daha çox yağıntılı oktyabr ayını müşahidə etdik. Ötən illərdəki oktyabr ayı ilə müqayisədə bu ilin oktyabrının daha çox yağıntılı olması təkcə iqlim dəyişmələri ilə deyil, iqlimin çoxillik tərəddüdləri ilə də bağlıdır. Son illər ekstremal iqlim hadisələrinin artığını da biz nəzərə alsaq, deyə bilərik ki, bu, normadan çoxdur və bir o qədər də gözlənilməzdir. Bu cür yağışların yağması uzun illər paytaxtda müşahidə olunmayıb”, – deyə o bildirib.
İsmayıl Bakuvi
www.yenicag.az