Ölümdən dönən XALQ ARTİSTİ: “Gördüm, uçuram…

media-hightechnic-468x90

“Oğlumu dünyaya gətirəndə kliniki ölüm keçirdim”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, xalq artisti Həmidə Ömərova “Həftənin qonağı” verilişində deyib. O, vaxtilə həyatla ölüm arasında qaldığını deyib:

“Oğlumu dünyaya gətirəndə kliniki ölüm keçirdim. Gördüm işığa doğru uçuram, uçuram. Amma bilirəm ki, arxada anam var, uşaq dünyaya gətirmişəm. Amma elə rahatam, elə xoşbəxtəm ki… Ora çatanda atamı gördüm. Atam anamdan 25 il əvvəl dünyasını dəyişmişdi. Həmin an eşitdim ki, kimsə qışqırır, “uşaq sağlamdır”, “uşaq sağlamdır”. Məni sillələyirlər… Tibb bacıları məni sillələyə-sillələyə bu əzablı və bəlalı dünyaya qaytardılar ki, sənin missiyan hələ bitməyib. Xoşbəxtlik anlarla olur. Bədbəxtlik də anla olur. Amma bədbəxtlik anları xoşbəxtlik anlarından daha az olur. Çox olsa, adamın ürəyi partlayar. Mən oğlumu dünyaya gətirdiyim an ən xoşbəxt anım idi. Hətta kliniki ölüm keçirdiyim an da xoşbəxt idim”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa