Ölümlə nəticələnən yanğın və partlayışlar: Məsuliyyətsizlik, yoxsa təsadüf?

media-hightechnic-468x90

“Son aylarda yaşanan yanğınların böyük bir qismi mövsümi enerji yükünün artması və uzun illər ərzində yenilənməmiş texniki sistemlərin dözümsüzlüyü nəticəsində baş verir”.

Bu fikirləri son aylarda ölkədə artan yanğınlarla bağlı danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.media-orxan

Ekspertin sözlərinə görə, bəzi binaların ümumi elektrik infrastrukturunda lazimi profilaktik xidmət göstərilmir:

“İnsanları düşündürən suallardan biri odur ki, yanğın hadisələri, əsasən, qış aylarında çox müşahidə olunur və bu, tendensiya halını alıb. Halbuki bu yanğınların arxasında dayanan mexanizmlər yay aylarında gördüyümüz bazar və anbar yanğınlarından fərqlidir və daha çox binanın daxili texniki vəziyyəti ilə bağlıdır. Qış mövsümündə elektrik şəbəkəsinə düşən yük hamımıza məlumdur. Eyni anda istilik və elektrik cihazları, su qızıdırıcıları, digər enerji tutumlu avadanlıqlar istifadə olunur. Köhnəlmiş və uzun müddət texniki baxış görməyən naqillər bu yükə tab gətirmir. Bu zaman da yanğınlar, adətən, görünməyən nöqtələrdə – divar arxasında, tavanda və ya elektrik şitlərində başlayır. İnsanlar alovu gördüyü zaman yanğın artıq çoxdan başlamış olur.

Digər tərəfdən, bəzi binaların ümumi elektrik infrastrukturunda lazimi profilaktik xidmət göstərilmir. Belə olduğu halda, təkcə 1 mənzilin deyil, bütöv binanın enerji sistemi risk altına düşür. Eyni binada qısa müddət ərzində bir neçə yanğın yaşanması çox vaxt təsadüfi olmur. Həmin infrastrukturun da ciddi zəif nöqtələrinin olmasının göstəricisidir”.

O qeyd edib ki, baş verən hadisələrdə insan davranışı da önəm daşıyır:

“Nasaz cihazlardan istifadə edilməməlidir, çox sayda cihazı elektrik yuvalarına bağlamamaq, taxmamaq lazımdır. Ucuz və keyfiyyətsiz uzadıcılardan, kabellərdən istifadə də bu riski artırır. Ümumi mənzərəni düzgün qiymətləndirdikdə görürük ki, son aylarda yaşanan yanğınların böyük bir qismi mövsümi enerji yükünün artması və uzun illər ərzində yenilənməmiş texniki sistemlərin dözümsüzlüyü nəticəsində baş verir. Hadisələr bizə bir daha göstərir ki, yanğın təhlükəsizliyi sadəcə fövqəladə vəziyyət anlamı deyil. Binanın elektrik sistemindən tutmuş, məişət cihazlarının istifadəsinə qədər olan bir sahəni əhatə edən, davamlı nəzarət və profilaktika tələb edən bir prosesdir. Qış aylarında da risklərin artması nəticəsində bu nəzarətin daha da gücləndirilməsi zəruri hesab olunur. Bu nəzarət həm müvafiq dövlət qurumları, həm də sadə vətəndaşların özləri tərəfindən qarşılıqlı koordinasiyalı şəkildə icra edilməlidir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa