On minlərlə heyvan öldürüldü
Nepalın Bariyarpur şəhərində 5 ildən bir qeyd edilən Gadhimai Festivalında təxminən 5 milyon hindli on minlərlə heyvanı öldürürüb.
Sözügedən festival dünyada ən çox heyvan öldürülən mərasim hesab olunur.
Festivalda qurban edilən heyvanların bəzilərinin şansı gətirəndə bu ilahi əlamət kimi qiymətləndirilir.
Nepal səlahiyyətliləri bu il festivalda qurban edilən heyvan sayının heyvan haqqları müdafiəçilərindən gələn etirazlara görə, azaldığını bildirib.
2009-cu ildəki festivalda təxminən 200 min heyvan öldürülmüşdü.
Bu il heyvan sayının az olmasının başqa bir səbəbi kimi isə Hindistanda məhkəmə qərarı ilə Nepala heyvan göndərilməsinin qadağan olunması da göstərilir.