İsrailin xarici işlər naziri Avigdor Lieberman növbəti skandala imza atıb. Yenicag.az xəbər verir ki, nazir lideri olduöu “Evimiz İsrail” Pariyasının Herziliya şəhərindəki seçim mitinqində öz vətəndaşları ilə bağlı şokedici sözlər söyləyib.
“İsrailli ərəblərin bizim yanımızdakılarla işimiz yoxdur. Ancaq bizə qarşı olanların başını balta ilə kəsmək lazımdır. Yoxsa bu torpaqlarda İsrail deyə, bir şey qalmaz. Fələstin bayrağını daşıyanları Mahmud Abbasa bağışlamağa hazıram” deyərək, mitinqdəkilərə şok yaşadan Lieberman daha sonra nə qədər qəribədə olsa barışdan danışıb.
www.yenicag.az