Dövlət imtahan Mərkəzi 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.
Tələbə adını alanlar arasında tanınmış jurnalistlərin də övladları var.
Yenicag.az onların siyahısını təqdim edir:
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad Ələsgər ADA Universitetinin İnformasiya texnologiyaları fakültəsinə qəbul olunub.
Yenicag.ru-nun redaktoru Qafqaz Ömərovun qızı Ülkər Ömərova Bakı Dövlət Universitetinin Geodeziya və xəritəçilik fakültəsinə qəbul olunub.
Jurnalist İlqar Rəsulun oğlu Anar Resul Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsində təhsil alacaq.
“Şərq” qəzetinin baş redaktor müavini Yusif Nəzərlinin oğlu Turan Nəzərli Dövlət İdarəçilik Akademiyasında dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.
Jurnalist-yazar Rəbiqə Nazimqızının qızı Aynur ADA Universitetində beynəlxalq münasibətlər fakültəsində oxuyacaq.
Jurnalist, yazar Şərif Ağayarın qızı Azərbaycan Dillər Universitetinə qəbul olunub.
Jurnalist Asəf Quliyevin oğlu İnqilab Quliyev Azərbaycan Tibb Universiteinin Müalicə işi fakültəsində təhsil alacaq.
“Yeni zaman” və “Novaya Vremya” qəzetlərinin əməkdaşı Məzahir Məmmədlinin qızı Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub.
“Cümhuriyyət” qəzeti və “Cebhe.info” saytının rəhbəri Rəfael Becanovun oğlu Cavid Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi adını qazanıb.
“Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının qızı Selcan Bakı Mühəndislik Universitetinin fizika müəllimliyi ixtisasını qazanıb.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin qızı Şəbnəm Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olub.
“Fed.az” saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədzadə ADA Universitetində hüquqşünas olmaq üçün ali təhsil alacaq.
“Oxu.az” saytının parlament müxbiri Kamil Həmidovun qızı Məlaeykəxanım Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.
“Miq.az” saytının rəhbəri Aqil Alışovun isə iki övladı tələbə adı qazanıb. Onun oğlu Elmin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə, qızı Nərmin isə bu ali məktəbin Kimya fakültəsinə qəbul olunub.
“Milli.az” saytının redaktoru Elçin Alıoğlu da tələbə atası olub.
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Kəngərlinin oğlu İsmayıl Naxçıvan Dövlət Universitetinə qəbul olunub.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elçin Xalidbəylinin oğlu Elvin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi olub. O, bu universitetdə marketinq üzrə ali təhsil alacaq.
Müsavat Partiyasının üzvü, jurnalist Yadigar Sadıqovun oğlu da tələbə adını qazanıb. O, Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları fakultəsinə qəbul olunub.
“Cümhuriyət” qəzetinin redakroru Elman Cəfərlinin qızın Çilənay II ixtisas qrupu üzrə 516 balla dövlət sifarişi əsasında Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və otelçilik (ingilis dilində) fakültəsinə daxil olub.
Övladı tələbə olanlar arasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist-politoloq Elxan Şahinoğlunun oğlu Şahin Quliyev də var. Şahin Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakultəsinə daxil olub.
Jurnalist Nəzirməmməd Zöhrablının oğlu Firdovsi isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub./AzNews/
www.yenicag.az