!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergidən yayınan mənzil sahibləri: "Ev kirayə götürən heç kimə pul ödəməməlidirlər"

!Reklam – Yazi

“Ən ucuz bina evlərində birotaqlı kirayə mənzil 200-400 manat civarında dəyişir”.

Bu sözləri kirayə bazarındakı mövcud vəziyyəti və problemləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, paytaxt ərazisində kirayə evə üstünlük verənlər daha çox tələbələrdir. Bu tələbatın yüksəkliyi isə məqsədəuyğun deyil:

“Paytaxtda təhsil alan tələbələrin böyük əksəriyyəti bölgələrdən gəlirlər. Bakıda ali təhsil müəssisələrinin çox olmasına baxmayaraq, tələbə yataqxanalarının sayı olduqca məhduddur. Ona görə də hər il paytaxtda təhsil almağa gələn minlərlə tələbənin əskəriyyəti kirayə evlərə üz tuturlar. Bu, kirayə mənzil bazarında qıtlığa səbəb olur. İndiki şəraitdə Bakıda ən ucuz bina evlərində birotaqlı kirayə mənzil 200-400 manat civarında dəyişir. İki-üç otaqlı mənzillərdə isə otaq sayına uyğun olaraq təxminən 100 manat artım müşahidə olunur. Yeni tikili binalarda mərkəzə doğru birotaqlı mənzillərin qiyməti təxminən 450-550 manat, ikiotaqlılar 600-800 manat civarında dəyişir. Paytaxt ərazisində yeni tikilən binalarda kirayə qiymətləri təxminən 2000-2500 manata qədər dəyişə bilir”.

Elnur Fərzəliyev bildirib ki, bütün kirayə müqavilələri normalda notarial qaydada bağlanmalı və bu zaman kirayə verənlə götürənin bütün öhdəlikləri qeyd olunmalıdır:

“Kirayə mənzilin müqaviləsi notarial qaydada bağlandıqdan sonra ev sahibi aylıq aldığı pulun 14 faizini büdcəyə ödəməlidir. Ev sahiblərinin böyük əksəriyyəti vergi ödəməmək üçün müqavilələri notarial qaydada bağlamırlar. Çünki Müqavilələr rəsmi olmayanda kirayə götürən tərəflər arasında ciddi problemlər yaranır. Əgər bu müqavilələr rəsmi bağlanılarsa, evi tək oğlan və ya xanıma kirayə verməkdə bir problem olmaz. Digər problemlərdən biri də mənzilləri reklam edərkən bəzən başqa mənzilin şəkillərindən istifadə olunur. Ona görə də mənzil götürən şəxs mütləq şəkildə həmin yerə gedib özü vizual olaraq baxış keçirməlidir. Müqavilə bağlamadan öncə heç kimə pul ödənməməlidir. Yaxşı olar ki, kirayə ev axtaran şəxs rəsmi şəkildə müqavilələr bağlasın. Bu halda tərəflər arasında heç bir problem yaşanmayacaq”.

Gülşən Şərif

COP29

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv