Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Onlayn şəkildə narkotik satanlar YAXALANDI - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin onlayn yolla qanunsuz dövriyyəsi ilə məşğul olan Pərviz Babazadə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onun üzərində şəxsi axtarış aparılan zaman 23 qram heroin, 120 qram metamfetamin, ümumilikdə 67 ədəd psixotrop tərkibli tramadol, preqabalin, metadon həbi və bir ədəd elektron tərəzi aşkar edilib.

Pərviz Babazadə ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa əlaqə yaradaraq tanış olduğu xarici ölkələrdən birinin vətəndaşı ona qaçaqmalçılıqla satmaq üçün külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib.

O, həmin narkotik vasitələri Binəqədi rayonunda əvvəlcədən razılaşdırılan yerdən satmaq məqsədi ilə götürüb.

Saxlanılan şəxs təxminən iki aydır ki, Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elnur Quliyev də saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman yeddi qrama yaxın heroin və metamfetamin aşkar edilib. Elnur Quliyev də ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı tanıdığı şəxslərə satdığını bildirib.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Pərviz Babazadə və Elnur Quliyev tutularaq istintaqa cəlb olunublar.

www.yenicag.az

335
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100