“Onun üzərinə bu qədər getməyə dəyməz”

media-hightechnic-468x90

etibar-hus-flashMilli Məclisin komissiya sədri Hadı Rəcəblinin müsahibəsindən sonra müəllimlərlə bağlı məsələyə millət vəkilləri də öz facebook səhifələrində fikir bildiriblər.

Millət vəkili Etibar Hüseynov bu fikirləri yazıb ki, Milli Məclisdəki 125 nəfərin içərisində 5-10 ən çox işləyən, əziyyət çəkən varsa onlardan da biri Hadı Rəcəblidir: “O, Milli Məclisin ən ağır komissiyası sayılan sosial siyasətə rəhbərlik edir. Amma buna baxmayaraq Hadı müəllim bir çoxlarından fərqli olaraq seçicilərə və mətbuata hər zaman açıq olan birisidir”.

Etibar Hüseynovun sözlərinə görə, bu “ictimai qınaq” Hadı Rəcəblini mətbuatdan uzaqlaşdıra bilər: “Məncə, bir ehtiyatsız söyləntisinə görə onun üzərinə bu qədər getməyə dəyməz. Üstəgəl o halda ki, yenidən açıqlama verib öz sözlərinə bir daha aydınlıq gətirdi. Amma inanın ki, bu minvalla sonunda o da mətbuatla ünsiyyətinə son qoyacaq. Bu gün 125 deputatın onsuz da azından 100-ü mətbuatla ünsiyyətdən tam və ya qismən yayınır. Məncə, siyahını artırmağa dəyməz”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600