Operatorun vəziyyəti kəskin pisləşib
Cəlilabad sakini, 25 yaşlı Nizami Xəlil oğlu Eyvazov kəskin “Hepatit-B” virusundan əziyyət çəkir.
Hazırda paytaxtın mərkəzi xəstəxanalarından birində müalicə alan Nizami Eyvazov “İnterAz” telekanalının operatorudur. Həmkarımız deyib ki, hazırda özünü normal hiss edir, amma gecələr nəfəs almaqda çətinlik çəkir.
“Axşamlar nəfəs almağım lap çətinləşir. Artıq 3 gündür xəstəxanadayam. Həkimlər təcili əməliyyat olmağımı məsləhət görür. Çünki qaraciyərimdə aşkarlanan virus özünün son mərhələsindədir. İmkanlı şəxslərdən xahiş edirəm əməliyyat olunmağım üçün mənə maliyyə yardımı etsinlər”.
Həkimlər Nizami Eyvazovun “Hepatit-B”yə bağlı qaraciyər serrozunun dekompensasiya mərhələsində olduğunu deyirlər. Əməliyyatın ümumi xərci 45 min manatdır. Qeyd edək ki, “Hepatit B” virusuna yoluxan xəstələrin kəskin əlamətlərə rəğmən uğurlu əməliyyat nəticəsində tam sağala bilirlər(apa).