Oqtay Əliyevdən SƏS-KÜYLÜ AÇIQLAMA: “Adamlar ondan ötrü özünü öldürür”

“Mahnı var, iliyə işləyir, mahnı da var, sümüyü oynadır. Bu o demək deyil ki, həmin mahnılar sevilir. Sevilməklə dinlənilmək fərqli-fərqli anlayışlardır”.

Bu fikirləri tanınmış prodüser Oqtay Əliyev Yenicag.az-a açıqlamasında deyib.

“Mahnıların “YouTube”da izləmə rekordu qırması heç də həmin mahnıların keyfiyyət göstəricisi sayılmır”, – deyən prodüser musiqiləri trend olan müğənnilər barədə danışıb:

“Mahnıları “YouTube”da trend olan ifaçılar arasında elə müğənnilər var ki, 100-200 milyon baxış sayı var. Biri elə Üzeyir Mehdizadə, ayağını çölə qoyan kimi adamlar ondan ötrü özünü öldürür. Pisdir-yaxşıdır, trenddir, nədir, bilmirəm, amma onu bilirəm ki, bu, faktdır. Aralarında elə müğənnilərin də mahnıları ola bilər ki, bir-iki gün trenddə olar, sonra trenddən çıxar. Bəli, elə mahnılar var ki, çox adam onları qəbul etmir. Ancaq insanlar tərəfindən dinlənilir. Demirəm ha, sevilir. Sevilməklə dinlənilmək bir-birindən fərqli anlayışdır. Sadəcə dinlənilir. O mahnıları qoyub, oynayırlar. Bir-iki dəfə oynayırlar, vəssalam.

Təbii ki, bu mahnılar keyfiyyət göstəricisi sayılmır. Keyfiyyət göstəricisi odur ki, illərlə o mahnı yeni aranjiman edilsin, yeni sənətçilər tərəfindən oxunsun, yeni nəfəs verilsin, sevilsin və qəbul edilsin. O birilər gilas, çiyələk kimi mövsümü mahnılardır, oxundu, bitdi. Bir var, mahnı iliyə işləyə, bir də var sümüyə. İliyə işləyənlər uzun müddət qalır, sümüyü oynadan mahnılar tam fərqlidir”.

Cəvahir

COP29