“Neftçi” “Səbail”ə qalib gəldi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXXV turunda “Neftçi” “Səbail”ə qalib gəlib.

Yenicag.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

“Ağ-qaralar”ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600