Oljas Süleymenovun doğum günüdür: TÜRKSOY medalı verildi - FOTO
Mayın 18-də türk dünyasının tanınmış yazıçısı, publisisti, ictimai xadimi və diplomatı Oljas Süleymenovun doğum günüdür.
Yenicag.az xəbər verir ki, yazıçının doğum günü təntənəli şəkildə qeyd olunub.
TÜRKSOY tərəfindən yazıçıya verilən qızıl medal ona qurumun layihələr üzrə koordinatoru Cavid Mövsümlü tərəfindən təqdim olunub.
Bundan başqa, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubu oxunub.
Məktubda qeyd olunub:
“Sizi ad gününüz münasibətilə təbrik edirəm!
Sizin poetik istedadınız, humanist ideyalarınız haqlı olaraq milli və dünya mədəniyyətinin sərvəti, yüksək vətəndaşlıq nümunəsi, mənəvi və əxlaqi dəyərlərin örnəyi sayılır.
Uzun illərdir ki, siz öz çağırışınıza və borcunuza sadiq qalaraq, həyat və yaradıcılıq təcrübənizi gənc nəslə ötürürsünüz.
Sizə möhkəm cansağlığı, rifah və uzun ömür arzulayıram!”