“Qarabağ” “Kəpəz”i məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXXV turunda “Qarabağ” “Kəpəz”i məğlub edib.

Yenicag.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan turun son görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (31), Aleksey Kaşuk (72) və Musa Qurbanlı (82) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 86 xalla birincidir. “Köhlən atlar” çempionluğunu üç tur əvvəl rəsmiləşdirib. 32 xala malik Gəncə təmsilçisi səkkizincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Neftçi” “Səbail” kollektivini 3 cavabsız qolla üstələyib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa