Heykəltəraş tənqidlərə CAVAB VERDİ: “Bəli, Qənirə xanım daha gözəl idi” - FOTO

media-hightechnic-468x90

Tanınmış heykəltəraş Elxan Zeynalov mərhum deputat Qənirə Paşayevaya həsr etdiyi büstün sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, heykəltəraş şəxsi sosial media hesabında paylaşım edərək tənqidlərə açıq olduğunu vurğulayıb:

“Mən tənqidləri qəbul edən biri kimi onu deyə bilərəm ki, bəli, Qənirə xanım daha gözəl idi. Mən bunu deyənlərə “Var olun!” deyirəm. Amma o, aktrisa, yaxud şou-biznes əhli deyildi. O hər şeydən öncə siyasi xadim idi. Buna görə də mən ona həsr etdiyim büstü bu qədər sadə göstərdim. Bəli, saçlar açıq, bir az dalğalı, bir az da daş-qaş… Amma onun ciddi və zəhmətkeş obrazını mən məhz bu cür təsəvvür etdim!”

Qeyd edək ki, heykəltəraşın hazırladığı büst sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi əsərin Qənirə Paşayevaya bənzəmədiyini bildirərək heykəltəraşı tənqid ediblər.

Məsimə Məmmədovamedia-60532b25-b61b-4c13-99ed-dc1ac5517f0e media-20881be3-42c0-471a-824a-f4a7a7a4b50b

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600