Oqtay Şirəliyevin yerinə təyinat

media-hightechnic-468x90

Respublika Diaqnostika Mərkəzi ASC-nin yeni baş direktoru seçilib.

Yenicag.az Qaynarinfo-ya istinadla xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Oqtay Şirəliyev bu ilin 3 oktyabrında 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa