“Orada Ukraynadan söhbət getməyib”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Fransua Ollanda və Almaniya kansleri Angela Merkelin Putinlə görüşünü qeyri-adi qəbul edib.
Yenicag.az müsavat-a istinadən bildirir ki, Saakaşvili Merkel və Ollandın Moskvaya Ukraynanı müzakirə etməyə getdiklərini, ancaq orada Ukraynadan söhbət getmədiyini bildirib.
Saakaşvili üçtərəfli görüşdə yalnız Donetskin müzakirə edildiyini qeyd edib: “Merkel və Ollandın Putinlə görüşü qəribə təəssürat oyadırdı. Onlar da Gürcüstan olmadan Rusiya ilə müqavilə imzalamışdılar. Bu səbəbdən də Ukraynasız Donetskdən danışmaq qəribədir”.