!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ordu daxilində generalların MƏNAFE SAVAŞI: "Hadisələrə çox ciddi müdaxilə lazımdır" - Təhlükəsizlik eksperti

“Yuxarı səviyyədə, generallar səviyyəsində aparılan iç savaş bütövlükdə ordunun imicini aşağı salır”.

Bu fikirləri Müdafiə Nazirliyində yüksək post tutmuş şəxslərin media ezərindən açıq komromat savaşı və bunun səbəblərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, genralların kompromat savaşının xaricdən idarə olunması ehtimalı olduqca aşağıdır:

“Baş verənlər Müdafiə Nazirliyinin yuxarı eşalonunda olan prosesdir. Müdafiə Nazirliyində yüksək post tutanların yaş məsələsini nəzərə almaq lazımdır. Bir müddət sonra onlar vəzifədən getməlidir. Onların yerinə isə cavan, döyüşən generallar Hikmət Mirzəyev, Mais Bərxudarov, Hikmət Həsənov gəlməlidir. Bu generalların 50 yaşları belə yoxdur. Onların perspektivləri olduğuna, döyüş vaxtı Türkiyəli generalların da onların xidmətlərini gördüyünə görə bəziləri bu perspektivdən çəkinirlər, qorxurlar. Çünki fəaliyyət, daxildəki iç savaş daha çox bu adamların üzərinə yönəlib. Cavan generallara müəyyən dərəcədə dəstək verən Baş Qərargah rəisi Kərim Vəliyevdir. Ona görə də bu 4 nəfər hədəfdədir. Burada müdafiə nazirinin də müəyyən dərəcədə günahı var. Təqdimatları məhz nazir yazır”.

Bütün bu baş verənlərı xüsusi xidmət orqanlarının təsiri məsələsinə gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Xüsusi xidmət orqanının, konkret olaraq hərbi əks-kəşfiyyat idarəsinin funksiyası ilk növbədə xarici xüsusi xidmət orqanının cəsusluq fəaliyyətinin qarşısını almaq, oradakı gizli, məxfi informasiyanı qorumaqdır. Üstəlik, korrupsiya, bizim dövrümüzdə orduda baş verən neqativ hallar – əsgərin yeməyindən tutmuş əsgər-zabit münasibətlərinə qədər ordunu zəiflədə, döyüş qabiliyyətini aşağı sala biləcək bütün hallar öyrənilir və sənədləşdirilərək yuxarı orqanlara çatdırılır. Ordudakı proses barədə məlumat verilir və məqsədə uyğundur ki, tədbirlər görülsün. Qarşısı necə alınacaq, bu başqa mövzudur.

Çox təəssüf ki, proses gedir. Açıqdan-açığa prosesin qarşısı alınmır. Konkret olaraq xaricdən yayımlanan internet kanallarında və onların buradakı nümayəndələrinin pul dövriyyələri və bunun müqabilində müxtəlif fikirlər səsləndirilir və bunun heç cür qarşısı alınmır. Əvvəllər bunun qarşısı alınırdı. Adamlar var ki, müxalifət liderinə pul verdiyinə görə həbsdədir. Burada açıq şəkildə pul dövriyyəsi var, niyə müdaxilə olunmur? Xarici kəşfiyyat bundan yararlanmağa çalışacaq. Artıq bu yaranıb. Qazaxıstanda hadisələr necə baş verdi? Maye qazın qiymətinin artmasına görə başlanıldı və sürətlə təşkilatlanmağa keçildi. Hətta silahlandırmağa qədər təşkilatlana bildilər. Bizdə də bu tip hadisələr olsa, ölkənin müdafiə qabiliyyəti aşağı düşəcək.

Hadisələrə çox ciddi müdaxilə lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

501
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100