!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orduda rotasiya TƏKLİFİ: “Dörd ildən artıq bir vəzifədə qalmamalıdırlar”

!Reklam – Yazi

 

“Heç bir komandir 4 ildən artıq bir vəzifədə qalmamalıdır”.

Bu sözləri orduda baş verən proseslər, yenidən “Tərtər işi”nin qabardılmasını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, orduda rotasiyanın edilməsi çox vacibdir. “Kərəm Mustafayev 30 ildən çox idi ki, Naxçıvanda komandir idi. Bir şəxs o qədər müddətə bir yerdə komandir olmamalıdır.

Bundan əlavə, Mayis Bərxudarov da uzun müddət idi ki, eyni yerdə xidmət edirdi. Gənc leytenant görəndə ki, bir korpus komandiri uzun illər yerində qalır və dəyişdirilmir, onun motivasiyası da ölür. Ona görə də, rotasiyanın aparılması son dərəcə vacib amildir”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, sərəncama göndərilən korpus komandirlərinin yerinə gətirilən korpus komandirləri də müharibə görmüş, özlərini sübut etmiş şəxslərdir. “Bəzən kənardan bu məsələyə təmizlənmə, hansısa ölkənin təsiri ilə edilmə kimi qələmə verirlər. O korpus komandirlərinin hamısı cəbhədə xidmət keçib. Özü də Azərbaycan hərbi məktəblərinin yetirmələridirlər. Əvvəlkiləri ləkələdilər, indi də keçiblər yenilərə.

Hətta Hikmət Mirzəyevin də adını “Tərtər işi”nə qatmaq istəyənlər var. O pisdir, bu pisdir, hamısını asaq, kəsək, bəs orduda kim xidmət edəcək? Bu yanaşmanın özü belə qüsurludur. Hesab edirəm ki, rotasiya aparılmalı, heç bir komandir 4 ildən artıq bir vəzifədə qalmamalıdır. Belə olduğu halda, həm yeni kadrlar yetişəcək, həm də inkişaf gedəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv