!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordumuzun zərbə qüvvələri inamla irəliləyir” - Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Əlverişli hava səbəbindən bizim PUA-lardan çox effektli istifadə olunur”.

Bunu döyüş bölgəsində oktyabrın 2-si saat 15:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin verdiyi məlumata görə, artıq üç saata yaxındır ki, erməni artilleriyası Tərtərin rayon mərkəzini və kəndlərini vura bilmir:

“Bunun səbəbi düşmənin xeyli geri oturdulmasıdır, onların artilleriya bölmələri çox geriyə çəkilib. Hazırda ön cəbhədə ciddi döyüşlər gedir. Həm canlı qüvvə, həm də texnika baxımından, düşmənin çox sayda itki verməsi barədə dəqiq informasiya əldə etmişik”.

Müxbirimiz onu da qeyd edib ki, bu gün hava şəraitinin buludsuz olması bizim üçün əlverişlidir:

“Əlverişli hava səbəbindən bizim PUA-lardan çox effektli istifadə olunur. Hazırda ordumuzun uğurlu əks-hücum əməliyyatları davam edir. Artilleriyalarımız da, öndə olan qüvvələrimiz də irəliləyir. Üstünlük birmənalı olaraq, bizim tərəfimizdədir”.

Məsimə Məmmədova

www.yenicag.az

14393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv