Orqanizmin funksiyalarının 100 faiz itirilməsi ölüm sayılır - Bəs ölülər necə əlil hesab ediləcək? - AÇIQLAMA

media-hightechnic-468x90

Gələn il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yeni qaydalar əlilliyin dəqiq təyin olunmasında daha geniş imkanlar yaradır.

Yeni tətbiq olunacaq metodda orqanizmin funksiyalarının 81-100 % itirilməsi əvvəlki qayda ilə 1-ci qrup əlilliyə bərabərdir. Lakin orqanizmin funksiyalarının 100 % itirilməsi tibbi baxımdan ölüm sayılır.

Bəzi hallarda orqanizmin funksionallığının itirilmə dərəcəsi ən aşağı faiz göstəricisinə bərabər olsa da, bu həmin insanın əmək fəaliyyətinin 100 % itirilməsi ilə nəticələnə bilər. Məsələn, pianoçunun barmaqlarından birini itirməsi kifayətdir ki, o, öz peşəsini icra edə bilməsin.

Bir daha yada salaq ki, gələn ildən ənənəvi qayda ilə 1-ci qrup əlilliyi olan şəxslər orqanizmin funksiyalarının 81-100 faiz, ikinci qrup 61-80 faiz, 3-cü qrup isə 31-60 faiz itirilməsi ilə qiymətləndiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600