Orta məktəbdə 14 yaşlı şagird bıçaqlandı

media-hightechnic-468x90

Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.

Yenicag.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.

“Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır”, – E.Hacıyev bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600